Starmer: Sabitliyi pozan addımlara səssiz qalmayacağıq
Böyük Britaniya İranın ölkə daxilində sabitliyi pozmağa yönəlmiş addımları ilə bağlı sərt mövqe nümayiş etdirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer İranın antisemitizmi alovlandırmaqda mümkün rolu ilə bağlı narahatlıqlar fonunda Tehrana xəbərdarlıq edib.
Starmer bildirib ki, İslam Respublikasının Britaniyada daxili sabitliyi pozmaq cəhdlərinə dözülməyəcək. O, hökumətin xarici dövlətlərin ölkədəki yəhudi icmasına qarşı son hücumlarda iştirak edib-etmədiyini araşdırdığını da açıqlayıb.
Baş nazir əlavə edib ki, İranın bu hücumlarda rolunun sübuta yetirilməsi halında Tehran ciddi nəticələrlə üzləşəcək.
“İrana və ya zorakılığı, nifrəti və cəmiyyətdə qeyri-sabitliyi qızışdırmağa çalışan istənilən digər ölkəyə mesajımız budur: bu davranışa səssiz qalmayacağıq”, – deyə Starmer vurğulayıb.
18:26 05.05.2026
Oxunuş sayı: 53