Paşinyan Makronu belə adlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu Cənubi Qafqazda sülh prosesinin əsas memarı kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan çıxışında Ermənistanın bir sıra sahələrdə – iqtisadiyyat, təhlükəsizlik, suverenlik, diplomatiya, mədəniyyət, təhsil və Avropa İttifaqı ilə münasibətlərdə Fransadan dəstək aldığını bildirib.
O qeyd edib ki, hazırda region üçün əsas məsələ sülhün bərqərar olmasıdır və bu sülhün əsasını Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyan Alma-Ata Bəyannaməsi təşkil edir.
Paşinyan əlavə edib ki, Azərbaycanla paraflanmış sülh sazişi də bu prinsiplərə əsaslanır və bu diplomatik prosesin formalaşmasında Emmanuel Makronun mühüm rolu olub.
Onun sözlərinə görə, Fransa prezidentinin vasitəçiliyi və diplomatik səyləri Ermənistan və Azərbaycan arasında razılaşmanın əldə olunmasına töhfə verib.
18:45 05.05.2026
Oxunuş sayı: 43