ABŞ-nin müharibə naziri: Böyük atəş gücü ilə üzləşəcəksiniz
ABŞ İrana Hörmüz boğazında gəmilərə endirilən zərbələrlə bağlı sərt mesaj göndərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin müharibə naziri Pit Hegset brifinq zamanı açıqlama verərək, Amerika qüvvələrinə və ya mülki gəmilərə hücumların cavabsız qalmayacağını bildirib.
“Amerika qüvvələrinə və ya mülki gəmilərə hücum etsəniz, ABŞ-nin böyük atəş gücü ilə üzləşəcəksiniz”, – deyə Hegset qeyd edib.
O, ABŞ-nin bölgədəki maraqlarını qorumaq üçün əzici atəş gücü ilə cavab verəcəyini də vurğulayıb.
18:38 05.05.2026
Oxunuş sayı: 44