Rusiya telekanalı İrəvanı anti-Rusiya siyasətində ittiham edib
"Rossiya 24" telekanalı Ermənistanı “ardıcıl olaraq anti-Rusiya siyasətinin mərkəzinə çevrilməkdə” ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı həmin telekanal yayıb.
Ermənistan-ın Qərbə yönəlməsi onun Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud güzəştli rejimini sual altına qoya bilər.
Hesabatda həmçinin Moldova ilə müqayisələr aparılıb və onun siyasətinin mənfi nəticələrinə istinad edilib.
Eyni materialda Ukrayna prezidenti Volodimir Zelenskinin sammitdə iştirakı tənqid olunub, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Kiyev üçün əlverişsiz məsələləri qaldırmadığı iddia edilib.
17:33 05.05.2026
Oxunuş sayı: 45