Pakistan İranın BƏƏ-yə hücumlarını pisləyib
Pakistanın baş naziri Şahbaz Şərif İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarını kəskin şəkildə pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O, “X” platformasında etdiyi paylaşımda Pakistanın bu hücumları qətiyyətlə rədd etdiyini bildirib və BƏƏ prezidenti Məhəmməd bin Zayed – BƏƏ prezidenti ilə həmrəy olduğunu vurğulayıb. Şərif BƏƏ hökumətinə və xalqına dəstəyini ifadə edib.
Baş nazir əlavə edib ki, Pakistan “qardaş BƏƏ-nin yanında möhkəm dayanır”.
Qeyd olunub ki, Pakistan hazırda Tehran və Vaşinqton arasında aparılan atəşkəs danışıqlarında vasitəçi rolunu oynayır. Regionda BƏƏ ilə bağlı iqtisadi və diplomatik gərginlik fonunda siyasi balansın həssas olaraq qaldığı bildirilir.
16:20 05.05.2026
Oxunuş sayı: 50