Qalibaf: Hələ başlamamışıq
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə aparılan danışıqlar fonunda diqqətçəkən açıqlama verib.
Crossmedia.az xəbər verir ki, ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Qalibaf “X” platformasında paylaşım edərək İslam Respublikasının hələ hərəkətə belə keçmədiyini bildirib.
O, Hörmüz boğazında yeni geosiyasi və təhlükəsizlik vəziyyətinin formalaşdığını qeyd edib və bölgədə gəmiçiliklə enerji tranzitinin ABŞ və onun müttəfiqlərinin addımları səbəbindən risk altında olduğunu vurğulayıb.
Qalibaf əlavə edib ki, atəşkəsin pozulması və mümkün blokada cəhdləri qarşı tərəfin təsir imkanlarını zəiflədə bilər.
“Biz yaxşı bilirik ki, mövcud vəziyyət ABŞ üçün dözülməzdir. Eyni zamanda, biz hələ başlamamışıq”, – deyə o bildirib.
16:05 05.05.2026
Oxunuş sayı: 45