İran Avropadan dəstək tələb edir
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Avropadan İran böhranı fonunda daha konkret dəstək gözləyir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Almaniyadakı səfiri Əhməd Alattar Euractiv nəşrinə açıqlamasında bildirib. Diplomat qeyd edib ki, bir çox ölkə və beynəlxalq təşkilatlar BƏƏ-ni dəstəkləsə də, bu dəstəyin səviyyəsi fərqlidir: bəziləri real və yüksək qiymətləndirilən addımlar atır, digərləri isə yalnız bəyanatlarla kifayətlənir.
Səfir eyni zamanda vurğulayıb ki, regionda gərginliyə baxmayaraq, ölkə iqtisadiyyatı sabit, dayanıqlı və qlobal iqtisadi sistemə inteqrasiya olunmuş vəziyyətdə qalır.
13:10 05.05.2026
Oxunuş sayı: 40