Trampdan sərt mesaj: İran ordusu məhv edilib, Xameneyi isə ölüb
ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında etdiyi paylaşımda ABŞ ordusunun “100 faiz əməliyyat vəziyyətində” olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O, paylaşımında İranın hərbi qüvvələrinin “tamamilə məhv edildiyini” iddia edib. Tramp ABŞ-nin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və raketdən müdafiə sistemlərinə aid görüntülər paylaşaraq onların tam döyüş hazırlığında olduğunu qeyd edib.
Eyni zamanda İranın hərbi dəniz, hava və hava hücumundan müdafiə qüvvələrinə aid görüntülərin də “100 faiz məhv edildiyi” iddia olunub.
Paylaşımda Əli Xameneyi-nin şəkli də yer alıb və onun “ölü” etiketi ilə təqdim edildiyi bildirilib.
12:35 05.05.2026
Oxunuş sayı: 48