Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti "SAHA 2026" sərgisində iştirak edir
Türkiyənin İstanbul şəhərində 5-ci "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
İki ildən bir təşkil olunan sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Tədbirdə dünyanın müxtəlif ölkələrinin silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, pilotsuz uçuş aparatları, sualtı qayıqlar, döyüş gəmiləri və s. sərgilənir.
Qeyd edək ki, sərgi çərçivəsində nazir V.Mustafayevin bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
"SAHA 2026" sərgisi mayın 9-da başa çatacaq.
12:27 05.05.2026
Oxunuş sayı: 52