ADEX-də ilk dəfə yeni ölkələrdən şirkətlər olacaq
ABŞ, Böyük Britaniya və Almaniyadan olan şirkətlər bu il Bakıda keçiriləcək müdafiə sərgisində ilk dəfə iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, ADEX 2026-nın təşkilatçıları bu barədə məlumat yayıb.
ABŞ sərgidə “SIG SAUER” və “Lockheed Martin”, Almaniya isə “Rheinmetall” şirkəti ilə təmsil olunacaq.
ADEX 2026-nın baş sponsoru olan Türkiyənin “ROKETSAN” şirkəti ilə yanaşı, “ASELSAN Elektronik San. ve Tic. A.Ş.”, “BAYKAR”, “Turkish Aerospace Industries (TAI)” və “HAVELSAN Elektronik San. ve Tic. A.Ş.”, İtaliyanın “Leonardo”, Çexiyanın “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” və İspaniyanın “INDRA” şirkətləri də sərginin ənənəvi beynəlxalq iştirakçıları sırasındadır.
Bu il Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya sərgidə milli pavilyonlarla təmsil olunacaq.
17:26 26.08.2026
Oxunuş sayı: 44