ABŞ kəşfiyyatı: Son döyüşlər İranın nüvə proqramına ciddi təsir göstərməyib
ABŞ kəşfiyyatının yeni qiymətləndirməsinə görə, son hərbi gərginliklər İranın nüvə proqramını əhəmiyyətli dərəcədə ləngitməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri İranın nüvə silahı hazırlamaq qərarı verəcəyi təqdirdə bunun üçün təxminən 9–12 ay vaxt lazım olacağını hesab edirlər. Bu göstəricinin əvvəlki illərlə müqayisədə ciddi dəyişmədiyi qeyd olunur.
Həmçinin vurğulanır ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi zərər görməyib və tam şəkildə nəzarət altına alınıb.
09:57 05.05.2026
Oxunuş sayı: 55