Fico Moskvanın Qələbə Günü paradında iştirak etməyəcək
Slovakiyanın Baş naziri Robert Fico 9 May – Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, Slovakiya xalqı adından İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etmək üçün “Naməlum əsgər” məzarı üzərinə gül qoyacaq və Rusiya Prezidenti Vladimir Putin ilə qısa görüş keçirəcək.
Fico qeyd edib ki, bu səfər çərçivəsində hərbi paradda iştirak nəzərdə tutulmur və proqram əvvəlki formatda qalır.
09:50 05.05.2026
Oxunuş sayı: 55