İsrail ordusu: daş atan fələstinlilərə atəş icazəsi verilir
İsrail Müdafiə Qüvvələri (IDF) Mərkəzi Komandanlığının rəhbəri Avi Blutun açıqlamasına görə, hərbçilər daş atan fələstinlilər təhlükə yaratdığı halda onlara qarşı atəş aça bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, bu cür tədbirlər “ciddi sosial nəticələr” səbəbindən İsrail məskunlaşanlarına münasibətdə tətbiq edilmir.
Qərarın bölgədə təhlükəsizlik və hüquqi müzakirələrə səbəb olduğu qeyd olunur.
08:43 05.05.2026
Oxunuş sayı: 43