İran XİN: Hörmüz boğazındakı vəziyyət böhranların hərbi yolla həll olunmadığını göstərir
İranın xarici işlər naziri Abbaş Əraqçı ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi “Azadlıq Layihəsi”ni tənqid edərək, onu “sonu görünməyən bir layihə” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazir bildirib ki, Hörmüz boğazında baş verən hadisələr siyasi böhranların hərbi yolla həllinin mümkün olmadığını açıq şəkildə göstərir.
O, həmçinin qeyd edib ki, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, ABŞ-nin zərərli təsirlərə görə yenidən “bataqlığa sürüklənməmək üçün” diqqətli olması lazımdır. Eyni çağırışın Birləşmiş Ərəb Əmirliklərinə də aid olduğu vurğulanıb.
09:15 05.05.2026
Oxunuş sayı: 54