Çində zavodda partlayış baş verib: ölənlərin sayı 21-ə çatıb
Çinin Hunan əyalətində yerləşən pirotexniki məhsullar istehsalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə yüksəlib, 61 nəfər isə xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, hadisə Liyuanq şəhərində qeydə alınıb. Hazırda ərazidə beş xilasetmə qrupu fəaliyyət göstərir və əməliyyata ümumilikdə 482 nəfər cəlb olunub.
07:40 05.05.2026
Oxunuş sayı: 46