ABŞ maliyyə naziri Çini Hörmüz boğazının açılmasına qoşulmağa çağırıb
ABŞ Hörmüz boğazını açmaq təşəbbüsünü irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skot Bessent Fox News-a verdiyi müsahibədə deyib.
O, İranın bu həyati əhəmiyyətli su yoluna nəzarət etmədiyini vurğulayıb. Skot qeyd edib ki, İran hərbçilərə atəş açmasa, ABŞ atəş açmayacaq.
Bessent eləcə də vurğulayıb ki, indi İrana qarşı beynəlxalq təzyiqi artırmaq üçün ən uyğun zamandır.
Nazir bildirib ki, ABŞ prezidenti Tramp və Çin lideri Si Cinpin telefon danışıqları zamanı İran məsələsini artıq müzakirə ediblər.
Bu baxımdan, Bessent qeyd edib ki, Vaşinqton Pekinin Hörmüz boğazını açmaq üçün səylərini birləşdirəcəyinə və Tehrana diplomatik təzyiq göstərəcəyinə ümid edir.
21:24 04.05.2026
Oxunuş sayı: 52