Stabb: Avropada Ukrayna kimi müharibə apara biləcək heç bir ordu yoxdur
Avropada Ukrayna kimi müharibə apara biləcək heç bir ordu yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stabb deyib.
"Yeri gəlmişkən, Avropada və ya ABŞ-də Ukraynanın indiki kimi müasir müharibə apara biləcək tək bir ordu yoxdur", - deyə o, Praqada Çexiya prezidenti Petr Pavel ilə birgə mətbuat konfransında bildirib.
Stabbın sözlərinə görə, Avropa Ukraynanın ondan nə istədiyi barədə deyil, Ukraynanın Avropaya necə kömək edə biləcəyi barədə danışmalıdır. O, Ukraynanın müharibədən sonra belə Avropa dövləti olaraq qalacağını, Rusiya isə Avropanın təhlükəsizliyinə ən böyük təhdid olaraq qalacağını vurğulayıb.
"Əgər bu gün yalnız bir mesajım olsaydı, Ukraynanın Avropadan nəyə ehtiyacı olduğunu danışmaq əvəzinə, bəlkə də, Avropada Ukraynadan nəyə ehtiyacımız olduğunu düşünməyə başlamalıyıq... Avropada biz Ukraynaya kömək edən yeganə insanlar olduğumuz fikrindən qurtulmalıyıq", - deyə Finlandiya Prezidenti vurğulayıb.
Stabb qeyd edib ki, o, Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünün lap əvvəldən tərəfdarı olub. O əlavə edib ki, hazırda Avropada təxminən 2 milyon, Rusiyanın 1,3 milyon, Ukraynanın isə 800 min əsgəri var.
21:15 04.05.2026
Oxunuş sayı: 42