Cevdet Yılmaz Ermənistana səfər edəcək
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də keçiriləcək 8-ci Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etmək üçün Ermənistana səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu səfər Türkiyədən Ermənistana həyata keçirilən ilk yüksək səviyyəli rəsmi səfər kimi tarixə düşəcək.
Səfərin regional diplomatik münasibətlər baxımından əhəmiyyətli addım olduğu bildirilir.
15:47 02.05.2026
Oxunuş sayı: 54