ABŞ-nin İran danışıqlar qrupuna yeni üzv təyin olunub
ABŞ-nin İran üzrə danışıqlar qrupuna yeni üzv əlavə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
ABŞ nümayəndəsi Klaudiya Tenniyə görə, FDD Action təşkilatının icraçı direktoru Nik Stüart Tramp administrasiyasının İran danışıqları qrupuna qoşulub.
Məlumata əsasən, Stüart Sülh üzrə xüsusi elçi Stiv Vitkoffun komandasında fəaliyyət göstərəcək.
Onun bu, Tramp administrasiyasında ilk işi deyil. O, əvvəllər Dövlət Departamentində İran Fəaliyyət Qrupunun baş qərargah rəisi vəzifəsində çalışıb və Brayan Hukun yanında fəaliyyət göstərib.
13:04 02.05.2026
Oxunuş sayı: 49