Tramp: İranda heç kim lider olmaq istəmir
ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp bildirib ki, ABŞ İranla əlaqə saxladıqda qarşı tərəfin kim olduğunu və ölkəni kimin təmsil etdiyini dəqiq müəyyən edə bilmir.
O qeyd ki, biz kiminlə qarşı-qarşıya olduğumuzu bilmirik.
Həmçinin bildirib ki, onlar zəng edirlər və özlərini müxtəlif adlarla təqdim edirlər, biz isə lider axtarırıq.
ABŞ prezidenti əlavə edib ki, İranda mövcud vəziyyət qeyri-adidir, çünki ölkədə heç kimin lider olmaq istəmədiyi görünür.
“Bu, dünyada yeganə ölkədir — heç kim lider olmaq istəmir”, – deyə Tramp vurğulayıb.
11:45 02.05.2026
Oxunuş sayı: 56