CNN: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına ziyan vurub
İran və onun regiondakı müttəfiq qrupları Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Məlumata əsasən, səkkiz Yaxın Şərq ölkəsində yerləşən ən azı 16 ABŞ hərbi obyektinə ziyan dəyib, bəzi bazaların isə istifadəyə yararsız vəziyyətə düşdüyü bildirilir.
Araşdırmada qeyd olunur ki, Tehran əsas hədəf kimi ABŞ-nin regiondakı strateji sistemlərini, o cümlədən havadan erkən xəbərdarlıq təyyarələri, rabitə və radar qurğularını seçib.
Məlumata görə, Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında yerləşən və 270–500 milyon dollar dəyərində qiymətləndirilən Boeing E-3 Sentry tipli təyyarənin də məhv edildiyi iddia olunur. Bu təyyarənin ABŞ əməliyyatlarının havadan izlənməsi və koordinasiyasında əsas rol oynadığı vurğulanır.
11:27 02.05.2026
Oxunuş sayı: 49