ABŞ Hörmüz boğazı ilə bağlı İrana ödənişləri qadağan edib
Vaşinqton Hörmüz boğazından keçidlə bağlı İrana hər hansı ödənişlərin edilməsini qadağan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.
ABŞ gəmiçilik şirkətlərinə İrana bu marşrutdan istifadə üçün ödəniş ediləcəyi halda sanksiyalar tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, Hörmüz boğazından keçidlə bağlı İrana edilən istənilən ödənişlər, o cümlədən bəzi humanitar təşkilatlara yönəldilən ianələr belə ciddi sanksiyalara səbəb ola bilər.
Qeyd olunub ki, bu xəbərdarlıq ödənişlərin formasından və məqsədindən asılı olmayaraq bütün daşıma şirkətlərinə şamil edilir.
11:07 02.05.2026
Oxunuş sayı: 51