Tramp: İranın cavablarından razı deyiləm
İranın razılaşma təkliflərinə verdiyi cavabdan narazıyam.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Onlar razılaşma istəyirlər, amma mən bundan məmnun deyiləm", - deyə o bildirib. Tramp hesab edir ki, İran danışıqlar zamanı Vaşinqtonun tələbləri ilə heç vaxt razılaşmaya bilər.
Amerika lideri İrana hücumları bərpa etməməyi üstün tutduğunu bildirib. O, əlavə edib ki, iki ölkə nümayəndələri arasında telefon vasitəsilə əlaqələr davam edir.
21:50 01.05.2026
Oxunuş sayı: 46