Rusiya Suriyanın əsas neft tədarükçüsünə çevrilib
Rusiya Suriyaya neft ixracını 75% artıraraq ölkənin əsas neft tədarükçüsü olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, tədarük gündə təxminən 60.000 barelə çatıb və bu da Əsəd (Red: Suriyanın keçmiş prezidenti Bəşər Əsəd nəzərdə tutulur) rejiminin süqutundan sonra ixracı dayandıran İranın qoyduğu yeri faktiki olaraq doldurub.
Rusiya nefti Suriya üçün "Brent"dən daha ucuzdur və yanacaq çatışmazlığını ödəməyə kömək edir.
19:34 01.05.2026
Oxunuş sayı: 46