ABŞ İrana sülh müqaviləsi ilə bağlı düzəlişlər təqdim edib
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İrana sülh müqaviləsi layihəsinə düzəlişlərin siyahısını göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" müxbiri Barak Ravid deyib.
Məlumata görə, təkliflər sənəddə nüvə məsələsinin bərpasına yönəlib.
Dəyişikliklərə, həmçinin İranın zənginləşdirilmiş uranı məhv edilmiş nüvə obyektlərindən çıxarmamaq və danışıqlar davam etdiyi müddətdə orada heç bir fəaliyyəti bərpa etməmək öhdəliyi götürməsi tələbi də daxildir.
19:31 01.05.2026
Oxunuş sayı: 60