Azərbaycanlı MMA döyüşçüsü Vasterasda qalib gəldi
İsveçdə yaşayan soydaşımız, peşəkar MMA döyüşçüsü Əli Quliyev Vasteras şəhərində keçirilən Fight Club Rush (Döyüş klubu turniri) liqasında növbəti qələbəsini qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
66 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı bu dəfə Braziliya təmsilçisi Fabrisio Nunes ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın sonunda Əli Quliyev rəqibini məğlub edib.
Soydaşımızın davamlı və intensiv məşqləri onun beynəlxalq arenalarda uğurla çıxış etməsinə şərait yaradır.
19:00 16.04.2026
Oxunuş sayı: 53