Soydaşlarımız Gürcüstanın Ana Dili Gününü qeyd ediblər
Soydaşlarımız 14 aprel – Gürcüstanda gürcü dilinin mühafizəsi və Ana dili günü münasibətilə tədbirlər keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) bu münasibətlə maarifləndirici görüş təşkil olunub. Mərkəzin müəllimi Nübar Bayramova iştirakçılara gürcü dilinin tarixi, inkişaf mərhələləri və zəngin mədəni irsdə tutduğu mühüm yer barədə ətraflı məlumat verib. Gürcü dilinin dünyada özünəməxsus əlifbası və qədim yazı ənənələri ilə seçildiyini, həmçinin dilin qorunması və inkişaf etdirilməsinin ölkənin milli kimliyinin formalaşmasında mühüm rol oynadığını bildirib. İnteraktiv müzakirələr və sual-cavab sessiyası şagirdlərin mövzuya marağını daha da artırıb.
Digər bir tədbir Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (QHİM) keçirilib. Mərkəzin icraçı direktoru Rezo Həsənov, gürcü dili müəllimi Alidə Məmmədəlizadə çıxışlarında bu günün tarixi əhəmiyyəti barədə məlumat veriblər. Gürcü dilinin qədimliyi, zənginliyi və unikallığı barədə gənclərlə fikir mübadiləsi aparılıb. Mərkəzin giriş hissəsində mövzuya aid guşə yaradılıb, qısametrajlı videoçarxlar və tematik şəkillər nümayiş olunub.
18:00 16.04.2026
Oxunuş sayı: 46