Macarıstanda seçki sonrası səssizlik – Siyarto haradadır?
Macarıstan mediası ölkənin xarici işlər naziri Piter Siyarto ilə bağlı diqqətçəkən iddia yayıb.
Crossmedia.az-ın verdiyi məlumata görə, ölkədə keçirilən seçkilərdəki məğlubiyyətdən sonra nazir ictimaiyyətin gözündən itib və uzun müddət açıqlama verməyib.
Bildirilir ki, Siyarto məğlubiyyətin elan edildiyi anda baş nazir Viktor Orbanın yanında olmayıb və 18 saatdan artıqdır sosial şəbəkələrdə də susqunluq nümayiş etdirir.
Məsələ Macarıstan ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olub.
15:01 13.04.2026
Oxunuş sayı: 52