Böyük Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq
Böyük Britaniyanın baş naziri Keir Starmer bəyan edib ki, London ABŞ-nin Hörmüz boğazının blokadaya alınması ilə bağlı hərbi missiyasına qoşulmayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbrə verir.
Baş nazirin sözlərinə görə, Böyük Britaniya İranla mümkün münaqişəyə cəlb olunmaq niyyətində deyil.
O bildirib ki, regionda açıq və təhlükəsiz naviqasiyanın təmin edilməsi Londondan üçün prioritet olaraq qalır.
“Boğazın tam açıq qalması çox vacibdir. Biz son illərdə səylərimizi məhz buna yönəltmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Starmer vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, Hörmüz boğazında hər hansı məhdudiyyət qlobal enerji bazarlarına ciddi təsir göstərir və neft-qaz tədarükündə pozuntulara, nəticədə isə qiymət artımına səbəb olur.
14:39 13.04.2026
Oxunuş sayı: 50