İsrail ordusu Qəzza sakinlərinə XƏBƏRDARLIQ ETDİ
İsrail ordusu(ÇAXAL) Qəzza zolağında HƏMAS-la əməkdaşlıq etməməyə dair çağırışlar edən vərəqələr paylayıb.
Crossmedia.az xarici mediaya əsasən xəbər verir ki, vərəqlərdə sakinlərə bu təşkilatdan uzaq durmaq tövsiyə olunub və HƏMAS-ın “çökməkdə olduğu” iddia edilib. Həmçinin özləri və ailələri üçün gələcəyi təmin etmək istəyən şəxslərin İsrail tərəfi ilə əlaqə saxlaması istənilib.
Rəmziyyə Babazadə
12:50 13.04.2026
Oxunuş sayı: 50