ABŞ blokadası fonunda neft 100$-ı keçə bilər
ABŞ və İran arasında aparılan danışıqlar yeni razılaşma əldə olunmadan başa çatıb. ABŞ Prezidenti Donald Trampın İran limanlarına blokada tətbiq ediləcəyini açıqlaması enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, bazar ertəsi Asiyada ticarətin yenidən başlaması ilə neft qiymətləri kəskin artım göstərib. Qlobal etalon sayılan Brent markalı neftin qiyməti 7,3% yüksələrək bir barel üçün 102,30 dollara çatıb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 8,7% artaraq 104,94 dollar səviyyəsinə yüksəlib.
Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin artması və mümkün blokada qərarı qlobal enerji təchizatına təsir göstərə bilər. Bu isə neft bazarında qiymətlərin yüksəlməsinə və qeyri-sabitliyin davam etməsinə səbəb olur.
Rəmziyyə Babazadə
11:23 13.04.2026
Oxunuş sayı: 70