BƏƏ-dən İranla bağlı sərt açıqlama: Hörmüz boğazı barədə xəbərdarlıq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökumət rəsmisi Süheyl Əl-Məzrui bildirib ki, İranın Hörmüz boğazında gəmiçiliyi bağlamaq və ya məhdudlaşdırmaq hüququ yoxdur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir qeyd edib ki, fevralın 28-dən bu yana bölgədə ticarət gəmilərinə 22 hücum qeydə alınıb və bu, ciddi təhlükəsizlik riskləri yaradıb.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 10 nəfər həlak olub, minlərlə dənizçi təhlükə ilə üzləşib, yüzlərlə tanker isə hərəkət edə bilməyərək gözləmə vəziyyətində qalıb.
Süheyl Əl-Məzrui vurğulayıb ki, Hörmüz boğazı heç bir ölkəyə məxsus deyil və onun bağlanması qlobal iqtisadiyyata ciddi zərbə vura bilər.
O əlavə edib ki, bu cür gərginliklər enerji, ərzaq və səhiyyə sahələrinə də mənfi təsir göstərir.
11:11 13.04.2026
Oxunuş sayı: 57