Trampdan Çin və İranla bağlı sərt açıqlama: Əlavə rüsum hədəsi
ABŞ Prezidenti Donald Tramp Çinin İrana hərbi tədarükü ilə bağlı sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xəbər verir ki, o, “Fox News”a müsahibəsində deyib.
O bildirib ki, əgər Xi Jinping rəhbərliyindəki Çin İrana hərbi texnika tədarük etməyə davam edərsə, ABŞ Çin mallarına əlavə 50% tarif tətbiq edəcək.
Tramp həmçinin İranla bağlı mümkün eskalasiyaya toxunaraq, ölkənin enerji infrastrukturuna qarşı addımların müzakirə oluna biləcəyini iddia edib.
Bundan əlavə, o qeyd edib ki, Böyük Britaniya və digər bəzi ölkələr Hörmüz boğazında minaların təmizlənməsi üçün minaaxtaran gəmilər göndərə bilər.
Açıqlamalar beynəlxalq siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
11:00 13.04.2026
Oxunuş sayı: 54