Brüsseldən açıqlama: Macarıstan Avropanı seçdi
Avropa Komissiyasının sədri Ursula von der Leyen Macarıstandakı siyasi hadisələrlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, “bu axşam Macarıstanda Avropanın ürəyi daha güclü döyünür” və ölkənin Avropanı seçdiyini vurğulayıb.
Von der Leyenin sözlərinə görə, “Avropa həmişə Macarıstanı seçib” və bu birlik hər iki tərəfi daha da gücləndirir.
O həmçinin qeyd edib ki, Macarıstanın “Avropa yoluna qayıtması” Avropa İttifaqını daha da gücləndirəcək.
10:38 13.04.2026
Oxunuş sayı: 51