Ankara saxta xəbərləri ifşa etdi :Ərdoğana aid edilən açıqlamalar yalandır
Türkiyə hökuməti sosial mediada yayılan və Prezident Rəcəb Tayyip Ərdoğana aid edilən açıqlamaların həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi açıqlamaya görə, guya Ankaranın İrana və ya Livana hücumu özünə hücum kimi qiymətləndirəcəyi barədə yayılan məlumatlar tamamilə yalandır.
Dezinformasiya ilə Mübarizə Mərkəzi qeyd edib ki, bu iddialar planlı media manipulyasiya kampaniyasının tərkib hissəsidir və ictimaiyyəti çaşdırmağa yönəlib.
Bundan əlavə, Türkiyənin İsraili işğal etməklə hədələdiyi barədə yayılan məlumatlar da qəti şəkildə təkzib olunub.
Rəsmi Ankara vurğulayıb ki, bu cür saxta xəbərlərin yayılması regionda gərginliyi artırmağa xidmət edir.
09:45 13.04.2026
Oxunuş sayı: 46