ABŞ İranı dənizdən blokadaya alır: Kritik tarix açıqlandı
ABŞ 2026-cı il aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadasına başlayacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu addım İran üzərində təzyiqləri artırmaq və onun regional fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyır. Blokadanın əsasən dəniz yollarına nəzarəti gücləndirmək və müəyyən yük daşımalarının qarşısını almağa yönələcəyi bildirilir.
Ekspertlər hesab edir ki, belə bir qərar regionda gərginliyi daha da yüksəldə və beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərə bilər.
Hazırda rəsmi Tehran tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib.
09:38 13.04.2026
Oxunuş sayı: 54