İran nüvə gücünü gizli saxlayır: Təhlükə yenidən artır
İran nüvə silahı hazırlamaq üçün zəruri olan imkanların əhəmiyyətli hissəsini hələ də qoruyub saxlayır.
Crossmedia.az bu barədə “The Wall Street Journal” a istinadən xəbər verir.
Nəşr bildirir ki, beynəlxalq təzyiqlərə və sanksiyalara baxmayaraq, Tehran nüvə proqramının əsas komponentlərini itirməyib və bu sahədə texniki potensialını davam etdirir.
Məlumata əsasən, İranın uranın zənginləşdirilməsi, eləcə də nüvə texnologiyaları üzrə əldə etdiyi bilik və infrastruktur ölkənin qısa müddətdə nüvə silahı istehsal etmək qabiliyyətini saxladığını göstərir.
Ekspertlər hesab edir ki, bu vəziyyət regionda təhlükəsizlik balansına ciddi təsir göstərə və beynəlxalq ictimaiyyətin narahatlığını daha da artıra bilər.
09:32 13.04.2026
Oxunuş sayı: 48