Bu ərazilərə qar yağıb
Dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.
Crossmedia.az xəbər verir ki, qar əsasən Daşkəsən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə, Astaf kimi ucqar kəndlərinə və Gədəbəy rayonuna yağıb.
Daşkəsəndə qar örtüyünün hündürlüyü təxminən 5-6 santimetrə, Gədəbəydə isə təxminən 10 santimetrə çatır. İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb. Qarın yağması yollarda heç bir çətinlik yaratmayıb.
09:25 13.04.2026
Oxunuş sayı: 64