Malatyada mikroavtobus aşıb: 2 ölü, 10 yaralı
Türkiyənin Malatya şəhərində mədən işçilərini daşıyan servis mikroavtobusu qəzaya düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, mikroavtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
09:20 13.04.2026
Oxunuş sayı: 48