Hörmüz boğazının hərbi blokadası Trampın ehtiyat planı idi
ABŞ prezidenti Donald Tramp administrasiyasının İran ilə danışıqların uğursuz olacağı təqdirdə Hörmüz boğazı ilə bağlı hərbi blokada variantını nəzərdən keçirdiyi iddia olunur.
Crossmedia.az "Axios"a istinadən xəbər verir ki, Ağ Ev son günlər bu ssenarini fəal şəkildə müzakirə edib. ABŞ rəsmilərindən biri bildirib ki, məqsəd Tehranın boğaz üzərindən istifadə edə biləcəyi strateji təsir imkanlarını zəiflətməkdir.
Qeyd olunur ki, Vaşinqton bu addımla regionda təşəbbüsü öz əlində saxlamağı planlaşdırır.
21:43 12.04.2026
Oxunuş sayı: 48