Vilayəti: Hörmüz boğazının açarı bizim əlimizdədir
İranın keçmiş liderinin müşaviri Əli Əkbər Vilayəti İslamabad görüşünün nəticəsiz qalmasına münasibət bildirib.
Crossmedia.az-ın məlumatına görə, o, “X” hesabında etdiyi paylaşımda qeyd edib ki, İslamabad görüşünün uğursuzluğuna baxmayaraq, “İranı qorumaq” İslam Respublikasının xarici siyasətində dəyişməz prinsip olaraq qalır.
Vilayəti bildirib: “Ərzneh əl-Rumdan İslamabad danışıqlarına qədər İran diplomatiyasının tarixində tək bir prinsip var: əziz İranı qorumaq”.
O, həmçinin Hörmüz boğazı vasitəsilə regional və beynəlxalq ölkələrə təzyiq məsələsinə toxunaraq, bu su yolunu “Əbul Həyat” adlandırıb və əlavə edib: “Hörmüz boğazı tarix boyu torpaqlarımızın mərkəzində əcnəbilər üçün yolu bağlamağın simvolu olduğu kimi, bu gün də Hörmüz boğazının açarı bizim güclü əllərimizdədir”.
16:47 12.04.2026
Oxunuş sayı: 128