Trampdan Çinə XƏBƏRDARLIQ
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin İrana silah tədarük etməyə başlasa, Pekin “böyük problemlə” üzləşə bilər.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Tramp bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.
Xatırladaq ki, daha əvvəl Çinin İran ilə bağlı silah tədarükü həyata keçirdiyi barədə məlumat yayılıb. Lakin Vaşinqtondakı Çin səfirliyi bu iddiaları təkzib edərək, Pekinin münaqişə tərəflərinə heç vaxt silah göndərmədiyini bildirib və əsassız məlumatların yayılmamasına çağırış edib.
16:14 12.04.2026
Oxunuş sayı: 67