Türkiyədə qəribə hadisə: “Bəyənmirsinizsə, uşağınızı özəl məktəbə göndərin”
Türkiyənin Antalya şəhərində ibtidai sinif müəllimi ilə bağlı ciddi iddialar gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat verib.
Məlumata əsasən, 2-ci sinif müəllimi eyni sinifdə oxuyan qızına görə dərs proqramını dəyişdiyi iddia olunur. Valideynlərin sözlərinə görə, müəllim qızının dərslərdə geri qalması səbəbindən bütün sinfə 1-ci sinif və hətta bağça səviyyəsində mövzular keçib.
Şikayətlərdə bildirilir ki, müəllim dərs zamanı öz qızına üstünlük verib, digər şagirdlərin isə inkişafı ləngiyib. Bundan əlavə, valideynlər müəllimin onlara “Bəyənmirsinizsə, uşağınızı özəl məktəbə göndərin” kimi ifadələr işlədiyini də qeyd ediblər.
Məsələ ilə bağlı valideynlər tərəfindən edilən şikayətlərdən sonra Demre Rayon Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb.
16:10 12.04.2026
Oxunuş sayı: 47