İran–ABŞ danışıqlarında gərgin müzakirələr: əsas tələblərdə razılaşma yoxdur
İran və ABŞ arasında aparılan son danışıqlarda əsas məsələlər üzrə ciddi irəliləyiş əldə olunmayıb. Məlumata görə, Tehran təxminən 27 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsini tələb etsə də, razılaşma mümkün olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times qəzeti bu barədə məlumat yayıb.
Belə ki, ABŞ tərəfi Hörmüz boğazının dərhal beynəlxalq gəmiçilik üçün açılmasını tələb edib, İran isə bunu yalnız yekun sülh razılaşmasından sonra mümkün sayıb.
Vaşinqtonun digər əsas tələbi isə İranın 400 kq civarında silah dərəcəli uran ehtiyatının tam təhvil verilməsi və ya satılması olub. Tehran isə alternativ mexanizm təklif etsə də, tərəflər kompromisə gələ bilməyib.
İran həmçinin hava hücumları nəticəsində dəymiş ziyana görə kompensasiya və bir neçə ölkədə dondurulmuş neft gəlirlərinin azad edilməsini gündəmə gətirib. ABŞ isə bu şərtlərlə razılaşmayıb.
Bildirək ki, tərəflər birbaşa görüş keçirib və proses “sakit və konstruktiv” atmosferdə keçib.
15:40 12.04.2026
Oxunuş sayı: 53