Macarıstanda seçkilərdə rekord say: 8 milyondan çox seçici səs verir
Macarıstanda parlament seçkiləri ilə əlaqədar seçki məntəqələri açılıb. Milli Seçki Bürosunun məlumatına görə, səsvermə yerli vaxtla saat 06:00-da başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə 8,12 milyon seçicinin iştirak etmək hüququ var. Belə ki, vətəndaşlar 199 yerlik parlamentin yeni tərkibini müəyyən edəcəklər. Deputatlardan 106-sı majoritar, 63-ü isə proporsional sistem üzrə seçiləcək. Parlamentə düşmək üçün partiyalar 5 faiz səs toplamalıdır. İki partiyadan ibarət bloklar üçün bu hədd 10 faiz, üç və daha çox partiyanın daxil olduğu bloklar üçün isə 15 faiz təşkil edir.
Qeyd edək ki, seçkilərdə əsas rəqabət hakim Fidesz partiyası ilə müxalif Tisza arasında gedir. Bununla yanaşı, ultrasağ “Bizim Vətən” Partiyası və sol yönümlü Demokratik Koalisiyanın nəticələri də seçkilərin yekununa təsir göstərə bilər.
Müşahidəçilərin fikrincə, “Bizim Vətən” Partiyası parlament baryerini keçəcəyi təqdirdə, hətta hakim partiya məğlub olsa belə, koalisiya danışıqlarında təsir imkanlarını artıra bilər. Partiyanın sədri Laszlo Torockai sərt avroskeptik mövqeyi və Avropa İttifaqından çıxış çağırışları ilə tanınır.
15:36 12.04.2026
Oxunuş sayı: 63