SON DƏQİQƏ: ABŞ və İran danışıqlarda razılığa gələ bilmədi
ABŞ və İran arasında aparılan danışıqlar nəticəsiz başa çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, İran hələ də nüvə proqramından imtina etməyə hazır deyil. Vens bildirib ki, tərəflər arasında əsas fikir ayrılıqları qalmaqdadır.
Məlumata əsasən, iki ölkənin nümayəndələri İslamabad şəhərində üç dəfə görüş keçiriblər. Görüşlərdə Hörmüz boğazı, nüvə proqramı, kompensasiyalar, sanksiyaların ləğvi və regiondakı münaqişələrin həlli kimi mühüm məsələlər müzakirə olunub. Buna baxmayaraq, ortaq razılıq əldə olunmayıb.
“Pis xəbər odur ki, biz razılığa gələ bilmədik. Düşünürəm ki, bu, ABŞ-dən daha çox İran üçün pis xəbərdir”, – deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, danışıqların nəticəsiz qalması fonunda Hörmüz boğazının bağlı qalması ehtimalı artır. Bu isə Fars körfəzində gözləyən minlərlə neft tankerinin hərəkətinə ciddi təsir göstərə bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın boğazı gəmilər üçün açmaması halında sərt addımlar atılacağı ilə bağlı xəbərdarlıq etmişdi.
14:40 12.04.2026
Oxunuş sayı: 63