Netanyahu: İrana qarşı mübarizəni davam etdirəcəyik
İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” sosial şəbəkə hesabında paylaşdığı mesajda bildirib ki, onun rəhbərliyi altında İsrail İranın “terrorçu rejimi” və onun dəstəklədiyi qüvvələrə qarşı mübarizəni davam etdirəcək.
Netanyahu paylaşımında, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da ittihamlar səsləndirib. O iddia edib ki, Ərdoğan İran tərəfini dəstəkləyir və kürd vətəndaşlara qarşı zorakılıqlara göz yumur.
Qeyd edək ki, regionda gərginlik fonunda bu cür bəyanatlar siyasi münasibətlərin daha da kəskinləşəcəyini göstərir.
14:25 12.04.2026
Oxunuş sayı: 50