Con Bolton: Tramp çıxılmaz vəziyyətdədir və çarəsizlik nümayiş etdirir
ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton ABŞ prezidentinin hazırda dalana dirəndiyini və davranışlarında ümidsizlik əlamətlərinin sezildiyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Boltonun sözlərinə görə, Trampın sosial şəbəkələrdəki paylaşımları onun vəziyyətdən çıxış yolu axtardığını göstərir. O, həmçinin qeyd edib ki, bu mənzərə fonunda İran, ən azı psixoloji baxımdan, üstünlük hiss edir.
Keçmiş müşavir əlavə edib ki, yaranmış panika mühitində Tramp hadisələri yekunlaşdıraraq mümkün qədər tez qələbə elan etməyə və diqqəti başqa mövzulara yönəltməyə çalışır. Boltonun fikrincə, ABŞ liderinin mövcud kursunu yalnız İranın yol verə biləcəyi ciddi bir səhv dəyişə bilər.
Turqut Ansari
11:35 11.04.2026
Oxunuş sayı: 68