Tasnim: Tehran strateji boğazla bağlı xəbərdarlıq edib
İran ərazisinə, o cümlədən adalara qarşı mümkün qurudan hücum halında Babüll-Məndəb boğazının bağlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Tehran bu strateji marşrut üzərində real təzyiq imkanına malik olduğunu bildirir və bunun üçün həm siyasi iradənin, həm də əməli potensialın mövcud olduğunu qeyd edir.
Mənbə həmçinin ABŞ-ni Hörmüz boğazı ətrafında vəziyyəti səhv və ya aqressiv addımlarla həll etməyə çalışmamağa çağıraraq, bunun yeni regional böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, belə bir ssenari baş verərsə, İranın Bab əl-Məndəb boğazı üzərində addımlar atması istisna edilmir.
21:40 25.03.2026
Oxunuş sayı: 55