Ermənistanla Rusiya arasında yenidən gərginlik yaşanıb
Ermənistan parlamentində hakim "Mülki Müqavilə" Partiyasının deputatı Mariya Qazaryanın Rusiya aviaşirkətinin reysi ilə bağlı yaşanan uçuş biletinin ləğvi hadisəsi fonunda “hibrid təhdidlər” mövzusu yenidən gündəmə gətirilib.
Crossmedia.az bu barədə "SputnikArmenia"-ya istinadən xəbər verir.
Bildirilir ki, deputatın tranzit reyslə Aşqabadda keçiriləcək parlamentlərarası görüşə qatılması planlaşdırılırdı.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məsələ ilə bağlı açıqlama verərək, daha əvvəl Rusiyaya girişinə məhdudiyyət qoyulduğu deyilən Artik icmasının rəhbəri ilə bağlı hadisəni xatırladıb.
O qeyd edib ki, vəziyyət Rusiya tərəfi ilə aydınlaşdırılacaq və İrəvan Moskvanın mövqeyini dəyişməsini təklif edəcək.
Mirzoyan əlavə edib ki, bəzi “hibrid hərəkətlərin” müəyyən ölkələrdən qaynaqlandığını demək mümkündür, lakin bu, mütləq həmin ölkənin ali rəhbərliyi tərəfindən koordinasiya olunan addımlar demək deyil.
Eyni zamanda, baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan 2020-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində təhlükəsizlik təminatına malik olsa da, bu model ölkəni ağır nəticələrə gətirib çıxarıb.
O vurğulayıb ki, hazırda Ermənistan əvvəlki təhlükəsizlik yanaşmasından uzaqlaşır.
20:37 25.03.2026
Oxunuş sayı: 832